Bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qadın güləşçilərin mübarizəsində tarixi hadisə yaşanıb. Sport24.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik 10-cu dəfə qitənin ən güclü idmançısı adını qazanıb.


Azərbaycan millisinin üzvü həlledici görüşdə türkiyəli Evin Demirhanla qarşılaşıb və 10:0 hesabı ilə qələbə qazanaraq, yubiley titulunu əldə edib.


Qeyd edək ki, millimiz Buxarestə 5 qadın güləşçi ilə yollanıb və onlardan biri - Alyona Kolesnik də artıq finala vəsiqə qazanıb.