“Qarabağ” və LASK-a qarşı oynamaqdansa, belə klublarla mübarizə aparmağı üstün tuturam”.Sport24.az xəbər verir ki, bunu Yunanıstanın AEK komandasının futbolçusu Nordin Amrabat UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

36 yaşlı vinger B qrupunda üz-üzə gələcəkləri “Ayaks” (Niderland), “Marsel” (Fransa) və “Brayton”un (İngiltərə) hörmətə layiq olduğunu söyləyib: “Onlara qarşı oynamaq çətindir. Lakin həmin görüşləri səbirsizliklə gözləyirəm. Karyeram ərzində heç vaxt “Ayaks”ı məğlub etməmişəm. Ümid edirəm ki, onlarla matçda xal qazana biləcəyik”.

Qeyd edək ki, 2021-ci ildən AEK-in uğurları üçün çalışan mərakeşli oyunçu 2012 – 2015-ci illərdə Türkiyədə “Qalatasaray”ın formasını geyinib.