Bu gün Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatında yunan-Roma növü üzrə mübarizəyə yekun vurulacaq.

Sport24.az xəbər verir ki, yarışın üçüncü günündə daha 5 çəkidə mükafatçılar bəlli olacaq.

Azərbaycan millisinin dörd "klassiki" də medal uğrunda güləşəcək. Onlardan ikisi qızıl, ikisi bürünc medal şansını qoruyur.

Yunan-Roma güləşi
60 kq

Nihad Quluzadə finalda türkiyəli Mert İlbarsı sınağa çəkib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nihad Avropa çempionatını gümüş medalla başa vurub.

72 kq
Ruslan Nurullayev bürünc uğrunda görüşəcək.

82 kq
Qurban Qurbanov finalda İslam Alıyevlə (AİN) güləşəcək.

97 kq
Murad Əhmədiyevin təsəlliverici görüşdə estoniyalı Riçard Karelsona sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, 3-cü yer uğrunda Aapo Viitala (Finlandiya) ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, yığmamız yunan-Roma növündə bir gün öncə 2 qızıl və 2 bürünc medal qazanıb.