Güləş üzrə Avropa Çempionatında daha bir ilkə imza atdıq! Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" səhifəsində bildirib:

 

"Mariya Stadnik 10-cu dəfə Avropa çempionu tituluna sahib çıxaraq, bizi qürurlandırdı. Alyona Kolesnik isə karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu ünvanını qazandı. Təbriklər, Mariya! Təbriklər, Alyona! Təbriklər, Azərbaycan güləşi!"