Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının qızıl medalını qazanıb. Sport24.az xəbər verir ki, 57 kq-da mübarizə aparan xanım güləşçimiz 1/8 finalda ukraynalı Alina Filipoviçi, daha sonra türkiyəli Sevim Akbaşı, yarımfinalda isə ABŞ-li Sofiya Makalusonu məğlub edib.
Həlledici görüşdə yaponiyalı Ruka Natami ilə qarşılaşan Jalə Əliyevə gərgin mübarizənin sonunda 10:8 hesabı ilə qalib gələrək dünya çempionu olub.