Aprelin 5-dən 7-dək Bakıda Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat Turnirinə 33 ölkə qatılacaq. Sport24.az xəbər verir ki, ən çox idmançı yunan-Roma güləşində olacaq.

 

117 idmançı yarışın ilk günündə güləşin klassik növündə mübarizə aparacaq. Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı lisenziya sahiblərini müəyyənləşdirəcək. Son yarış günündə isə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq. Ümumilikdə, Bakıda 297 güləşçi Olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.

 

 

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.