İsveç Futbol Federasiyası VAR sistemindən imtina edəcək. Sport24.az xəbər verir ki, bu ölkənin 1-ci və 2-ci liqasında mübarizə aparan 32 klubdan 18-i VAR sisteminin ləğv olunmasını tələb edib. Bu barədə yerli mətbuat məlumat yayıb.

 

Azarkeşlər də VAR-dan imtinanın tərəfdarıdır. Onların VAR-ın ölkə futboluna fayda vermədiyini düşünürlər.

 

İsveç Futbol Assosiasiyasının prezidenti Fredrik Reinfeldtin sözlərinə görə, ölkənin yüksək liqa klublarının etirazı fonunda növbəti mövsümdən etibarən VAR tətbiq edilməyəcək.