"Çelsi"nin sabiq baş məşqçisi Qrem Potter "Milan"ı çalışdırmağa yaxındır.  Sport24.az "Tuttosport"a istinadən xəbər verir ki, artıq tərəflər arasında ilkin danışıqlara start verilib. 

 

Stefano Pioli ilə yollarını ayıraq "Milan"ın bu posta əsas namizədinin Potter olduğu iddia edilir.

 

Mövsüm başa çatdıqdan sonra ingiltərəli mütəxəssisin təyinatı rəsmiləşəcək. 

 

Qeyd edək ki, 48 yaşlı mütəxəssis karyerası ərzində "Östersund", "Suonsi", "Brayton" komandalarını da çalışdırıb.