"Elcan Hacıyev üçün çox uğurlu ildir". Sport24.az  xəbər verir ki, Avropa Cüdo İttifaqının rəsmi saytı azərbaycanlı cüdoçu haqqında yazı dərc edib.

 

Yazıda milli üzvünün Astanada start götürəcək "Böyük Dəbilqə"dəki şansları dəyərləndirilib. Zaqrebdə qitə çempionu tituluna yiyələnən Elcanın dünya reytinqindəki şansları barədə söz açılıb: "Astanada dünya çempionları və qitə çempionatının finalçıları yarışacaqlar. Hacıyev öz çəkisində səpələnmişlər arasında 7-ci olacaq. O, "Böyük Dəbilqə"də qələbə sayəsində reytinq cədvəlində komanda yoldaşı Murad Fətiyevi arxada qoyacaq. Elcanın arzusu daha tez reallaşa, Olimpiya vəsiqəsinə çox yaxınlaşa bilər".

 

Qeyd edək ki, son reytinq cədvəlində 90 kq çəki dərəcəsində Murad Fətiyev 12-ci, Elcan Hacıyev isə 19-cu pillədə qərarlaşıb.