Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu gün Azərbaycanın 55 kq-da mübarizə aparan yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb.

Gürcüstanlı Nuqzari Tsurtsumiaya qalib gələn 31 yaşlı idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Eldənizin 3-cü dünya çempionluğudu.

Əzizlidən sonra daha bir güləşçimiz dünya çempionatının qalibi olub. Belə ki, 82 kq çəki dərəcəsində mabarizə aparan Rafiq Hüseynov finalda iranlı rəqibini Əlirza Mohmadipianini məğlub edərək qızıl medal qazanıb.