Azərbaycanlı güləşçi Həsrət Cəfərov Olimpiya Oyunlarına vəsiqəni əldə edib. Sport24.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi dünya çempionatının yarımfinalında ermənistanlı Slavik Qalstyanı 5:3 məğlub edərək finala vəsiqə qazanıb.
Buna qədər Azərbaycanıs sərbəst güləşçisi Maqommedxan Maqomedov (97 kq) və yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) Olimpiadaya lisenziyanı təmin ediblər.
Xatırladaq ki, növbəti Yay Olimpiya Oyunları 2024-cü ildə Parisdə keçiriləcək.