Bu gün İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatına yekun vurulacaq. Sport24.az xəbər verir ki, yarışın son günündə Azərbaycan yığmasının 2 medal qazanmaq şansı var ki, artıq biri reallaşıb.

 

 

Ağanəzər Novruzov (74 kq) bürünc uğrunda görüşdə Tamir Eshinimayeva qalib gələrək, fəxri kürsüdə yer alıb.

 

Qeyd edək ki, Azərbaycan yığması mundialda 2 gümüş, 2 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Sərbəst güləşçi Xetaq Karsanov (97 kq) gümüş, qadın güləşçi Nərgiz Səmədova (55 kq) isə bürüncə sahib çıxıb.