Dünya Güləş Birliyi (UWW) yunan-Roma idmançıların yeni reytinq siyahısını açıqlayıb.

Sport24.az xəbər verir ki, Azərbaycan millisinin 7 güləşçisi öz çəkisində "dördlüy"ə düşüb.

Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq) öz çəkilərində lider mövqeyində qərarlaşıblar. Murad Məmmədov (63 kq) yalnız liderdən geri qaləb. Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) 4-cü pillədə qərarlaşıb.