Zaqrebdə cüdo üzrə Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq.

 

90 kq çəki dərəcəsində Murad Fətiyev və Elcan Hacıyev, 100 kq çəki dərəcəsində isə Zelim Kotsoyev tatamı üzrinə çıxacaq.

 

Qeyd edək ki, yarışın ilk günü Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb. Ötən gün Hidayət Heydər isə (73 kq) qızıl medal qazanmaqla dördqat Avropa çempionu olub.