Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Sport24.az xəbər verir ki, bu gün sərbəst güləşçilərin mübarizəsinə start veriləcək.

Beş çəkidə medal uğrunda qarşılaşmaların iştirakçıları bəlli olacaq. 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq çəkidə güləşçilər xalça üzərinə çıxacaqlar. Azərbaycan millisinin 5 pəhləvanı yarışa qoşulacaq.

57 kq
Elman Ağayev 1/8 final mərhələsində yAndreas Parotsidislə (Yunanıstan) üz-üzə gəlib. Tam üstünlüklə (13:2) qalib gələn güləşçimiz 1/4 finala yüksəlib.

65 kq
Musa Ağayev 1/8 finalda xalçaya çıxıb. O, Yuri Vovka (Ukrayna) 11:4 hesabıyla qalib gələrək mərhələ adlayıb.

70 kq
Kənan Heybətov 1/4 finala vəsiqə üçün Seyfulla İtayevlə (Fransa) güləşib və rəqibini 10:5 hesabıyla məğlub edib.

79 kq
Əli Çokayev 1/8 finaldan mübarizəyə start verəcək. O, Radomir Stoyanovla (Bolqarıstan) üz-üzə gələcək.

97 kq
Rəvan Musayev 1/8 finalda Soslan Dzaqayevə (AİN) 2:11 hesabıyla məğlub olub.

Qeyd edək ki, bu beş çəkidə medal qarşılaşmaları sabah baş tutacaq.