Rusiya Gimnastika Federasiyasının prezidenti İrina Vineri iki illik beynəlxalq fəaliyyətdən məhrum edilməsi böyük əks-sədaya səbəb olub. Sport24.az xəbər verir ki, onun Tokio Olimpiadasında Averina bacılarının məğlubiyyətindən sonra Beynəlxalq Gimnastika Federasiyasını sərt şəkildə tənqid etməsi bu qurumun qəzəbinə səbəb olunca, diskvalifikasiya qərarı da rusları narahat edib.

Artıq Rusiya idman ictimaiyyəti də ənənəyə sadiq qalaraq bunu siyasətlə əlaqələndirib. Məşhur rusiyalı fiqurlu konkisürmə mütəxəssisi Tatyana Tarasova qərar haqda sərt danışıb: “Ən yaxşıları diri-diri dəfn edirlər. Beynəlxalq qurumlar öz fikirləri olmayan insanlarla işləməyi sevirlər. Güclü xarakteri olmayan insanları heç bir yerdə xoşlamırlar. Bunların əlindən bilmirəm başımızı hara götürüb gedək?! Bu biabrıçılıqdır”.