Azərbaycanın akrobatika komandası gələn il Çenqduda (Çin) keçiriləcək Dünya Oyunlarında iştirak etmək hüququ qazanıb. Sport24.az xəbər verir ki, Gimaraeşdə (Portuqaliya) keçirilən dünya çempionatında hər proqram növü üzrə təsnifat nəticələrinə əsasən, ilk altı yeri tutan komandalar multiforum üçün vəsiqə əldə ediblər.

 

Qarışıq cütlük Raziyə Seyidli - Ağasif Rəhimov, həmçinin Riad Səfərov, Rəsul Seyidli, Abdullah Əl-Meşaihi və Seymur Cəfərovdan ibarət kişi qrupu və Murad Rəfiyev - Daniel Abbasov dueti iştirak hüququ qazanıblar.