Azərbaycanın bədii gimnastları Arzu Cəlilova və Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib. Sport24.az xəbər verir ki, Cəlilova topla hərəkətlərdə 31.000, halqa ilə çıxışında 32.050 xala layiq görülüb. Arzu hər iki növdə təsnifat mərhələsində 3-cü olub və finala vəsiqə qazanıb.

Zöhrə isə topla hərəkətlərdə 29.650 xal toplayaraq,12-ci yerlə kifayətlənib. O, yalnız halqa ilə çıxışında 31.650 xalla 4-cü olaraq finalda iştirak hüququ qazanıb.

İki çıxışın cəmində Cəlilova 63.050 xalla 3-cü, Ağamirova isə 61.300 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu növlərdə finallar aprelin 24-də olacaq.