Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Bakıda keçirilən dünya kubokunda qızıl medal qazanıb.

Sport24.az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda 5 halqa ilə hərkətlərin icrasına görə 1-ci olub. Azərbaycan komandası 32.850 xal toplayıb.

Azərbaycan komandası ötən gün çoxnövçülükdə ikinci yeri tutub.