Bu gün Lüksemburqda akrobatika üzrə Avropa yaş qrupları yarışları başlayıb. Sport24.az xəbər verir ki, Azərbaycan gimnastları ilk çıxış ediblər.

 

12-18 yaşlı iştirakçılar arasında keçirilən yarışda Ceyla Əlizadə, Qəşəng Ağamoğlanlı və Dinara İbadovadan ibarət qadın qrupu balans hərəkətləri nümayiş etdirib.

 

Komandamız 26.900 xal toplayıb və İsrail-2 və Fransa-2 kollektivlərini qabaqlayaraq səkkizinci yeri tutub.

 

Qeyd edək ki, Azərbaycan qadınların qrup yarışlarında təmsil olunur. Digər üçlük isə Aydan Bayramova, Zeynəb Yusifova və Nəzrin Kazımzadədən ibarətdir.