DÇ-2024-ün elit-raund mərhələsindəki rəqibləri iyunun 8-də bilinəcək Azərbaycan millisi ilk oyununu səfərdə keçirəcək.

Sport24.az xəbər verir ki, UEFA artıq oyun cədvəlinin ardıcıllığını da açıqlayıb.

Sentyabrda rəqib meydanında bu mərhələyə start verəcək komandamız daha sonra Bakıda oyun keçirəcək. Oktyabrda isə əvvəlcə doğma məkanda, sonra rəqib meydanında gücünü göstərəcək. Dekabr ayında da yenə ilk matçı Bakıda oynayacaq komandamız mərhələnin son sınağını rəqib meydanında verəcək.

Qeyd edək ki, 6 dəfə Avropa çempionatının final mərhələsində iştirak etmiş Azərbaycan millisi artıq bir dəfə də dünya çempionatının final mərhələsində gücünü göstərib. 2016-cı ildə Kolumbiyada təşkil olunan mundialda uğurla çıxış edən yığmamız mübarizəni 1/4 finalda dayandırsa da, yekunda ən güclü 5-ci komanda olmağı bacarmışdı.