Futzal üzrə Xorvatiya yığmasının baş məşqçisi Marinko Mavroviç UEFA AVRO-2026-nın seçmə mərhələsinin 5-ci qrupunun final, 6-cı turunun Bakıda Azərbaycan yığması üzərində qazandığı qələbəni (4:1) şərh edib. Sxəbər verir ki, xorvat mütəxəssis komandasından razılıq bildirib:

"Şadam ki, Azərbaycanla oyunda ciddiyyət nümayiş etdirdik. Çünki AVRO-dakı yerimizi təmin etdiyimiz Yunanıstanla oyundan (6:0) sonra özümüzü motivasiya etmək çətin idi. Amma xarakter nümayiş etdirdik və ona görə də bu qələbə daha çox xoşuma gəldi".