"İlk görüşdə Gürcüstana iki qol vurdum. Təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik və vacib oyunda yenildik. Halbuki növbəti addım üçün bu qarşılaşmanın əhəmiyyəti danılmazdır. İspaniyaya qarşı isə daha yaxşı oynadıq. İki dəfə hesabda önə keçdik, yenə qələbəni qoruya bilmədik. Amma turnirin favoritlərindən biri hesab edilən ispanlarla dueldə heç-heçə pis nəticə deyil". Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Rafael Vilela İspaniya ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa çempionatının qrup mərhələsinin II tur oyunu barədə federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Milliləşdirilən braziliyalı hücumçumuz ispaanlara qarşı bir neçə dəfə mübarizə apardqılarını vurğulayıb: "Həqiqətən də çox güclü rəqibdir. Məncə, ilk dəfə rəsmi oyunda İspaniyaya uduzmuruq. Nəticəni super hesab etmirəm, super nəticə qələbə olan zaman deyirlər, amma dünya reytinqinə başçılıq edən komanda ilə xalları yarı bölmək asan olmadı. Hətta sona yaxın qələbə qolunu da vura bilərdik".

Vilela İspaniyanın cütün favoriti hesab edildiyini vurğulayıb: "Amma biz oyunumuzla istənilən güclü komanda ilə başabaş mübarizə aparmağa hazır olduğumuzu göstərdik. Hələ mübarizə başa çatmayıb. Məşqlərimizi davam etdirəcəyik, Bosniya və Herseqovina ilə oyuna ciddi hazırlaşacağıq. Hər bir qələbə bizim üçün vacibdir. İşimizi görməliyik. Ümid edirik ki, son turda Gürcüstan millisi ispanları büdrədəcək”.

Qeyd edək ki, hazırda qrupda 1 xalla üçüncü olan Azərbaycan seçməsi sonuncu matçını yanvarın 29-da Bosniya və Herseqovina ilə keçirəcək. Azərbaycan yığması qrupdan çıxmaq üçün son turda böyük hesabla qallib gəlib, İspaniyanın Gürcüstana uduzmasını gözləməlidir.