Dünən futzal üzrə Yüksək Liqada XII turun oyunları keçirilib. Tura mərkəzi oyunla start verilib. Matça marağı artıran məqamlardan biri "Araz-Naxçıvan"a yeganə məğlubiyyət acısını "Neftçi"nin yaşatmasıdır. İkinci dövrədə baş tutan dueldə "ağ-qaralar" 6:3 hesablı qələbəyə sevinmişdi. Heyətlərlə gəldikdə, nominal meydan sahibləri Amir Shojaeinin xidmətindən istifadə edə bilmədi. Buna səbəb müdafiəçinin ötən tur "Baku Fire"lə oyunda qırmızı vərəqə alması və cəzalı duruma düşməsidir. Gərgin keçən qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmadı. İkinci yarıda da də tərəflər balanslı oyuna üstünlük versə də, sona yaxın təzyiqi artıran "Araz-Naxçıvan" 38-ci dəqiqədə tarazlığı pozdu. Bir qədər sonra isə Amadeu qapının boş olmasından istifadə edib fərqi artırdı. Beləliklə mövsümün 3-cü duelində qələbəni "Araz-Naxçıvan" qazandı. "Yasamal Bakı" isə böyükhesablı qələbəyə sevinib. Rüstəm Bağırov 10 qol vurmaqla bombardirlərin yarışında mövqeyini yaxşılaşdırdı. Tura "Bakı Fire" böyükhesablı qələbə ilə yekun vurdu. Qazanılan 3 xal sayəsində "Neftçi"i ilə xal fərqini 4-ə yüksəldən nominal meydan sahibləri liderdən eynisayda xal geri qalır. Qeyd edək ki, XIII turda "Araz-Naxçıvan" ən yaxın izləyicisi – "Baku Fire"lə üz-üzə gələcək.

 

Neftçi İK – Araz-Naxçıvan 0:2 (0:0)

15 fevral. Bakı İdman Sarayı. Saat 14:00

Hakimlər: Knyaz Əmiraslanov, Ceyhun Hüseynov, Xəlil Xəlilov

Hakim-inspektor: Ramiz Əsədov

Qollar: Diaqo Auqusto, 37:28, Amadeu, 38:59

Sarı vərəqələr: Reza Abgoun, 23:04, Sorouş Heydari, 25:04, Vahib Xocayev, 37:44 // Diaqo Auqusto, 10:49, Katatau, 25:04

 

"Neftçi" İK

12. Anar Məmmədov (q), 7. Sorouş Heydari, 4. Fərid Atakişiyev, 9. Vahib Xocayev, 10. Reza Abgoun, 1. Zaur Sultanov (q), 3. Şahbaz Həndəmli, 6. Mirzə Əmirov, 8. Ülvi Əliyev, 11. Namiq Məmmədkərimov, 16. Tərlan İmamverdiyev (q), 20. Alireza Bayat, 13. Əjdər Əjdərov (k)

Baş məşqçi: Hacıbala Abdullazadə

 

"Araz-Naxçıvan"

1. Emin Kürdov (q, k), 7. Lukas Romao, 8. Andre Junior, 15. Diaqo Auqusto, 20. Amadeu, 12. Azər Fərmanov (q), 9. Emil Həsənzadə, 10. Miloş Todoriç, 11. Həsənəli Rəhimov, 13. Novruz Kazıxanov, 14. Xəzər Ağalızadə, 18. Tofiq Hüseynov, 19. Vladislav Reznov, 21. Katatau

Baş məşqçi: Vitali Borisov

 

 

Yasamal Bakı – Record club 14:3 (6:1)

15 fevral. Bakı İdman Sarayı. Saat 16:15

Hakimlər: Anar Fərəcov, Məmmədəli Kərimov, İmran Məhərrəmov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qollar: Təhmiraz Abasov, 5:26, Rüstəm Bağırov, 7:46, 19:10, 23:53,  28:53, 30:45, 33:59, 35:06, 36:20, 38:02, 39:44, Fuad Məmmədzadə, 12:53, 19:15, Tofiq Məlikov, 18:47 / Tural Abdullazadə, 5:05, Nahid Mirzəzadə, 28:18, Məhəmməd Məmmədzadə, 28:48

Sarı vərəqələr: Rüstəm Bağırov, 6:27 // Arzu Abbasov, 18:03

Qırmızı vərəqələr: Arzu Abbasov, 19:10 (ikinci sarı), Elşən Əliyev, 24:04

 

"Yasamal Bakı"

1. Ayxan Məmmədov (q), 13. Fuad Məmmədzadə (k), 8. Mirəhməd Məmmədov, 9. Rüstəm Bağırov, 99. Tofiq Məlikov, 12. Hüseyn Abtalıbov (q), 6. Sabir Hacıəliyev, 7. Əsgər Abasov, 10. Amil Əlimirzəyev, 14. Təhmiraz Abasov, 17. Murad Ələkbərli, 21. Nadir Babayev,

 

"Record club"

40. Nirat Şahtaxtinski (q, k),1 4. Sadiq Bayramov, 7. Arzu Abbasov, 10. Elşən Əliyev, 15. Tural Abdullazadə, 1. Məhəmməd Məmmədzadə, 5. Emin Məhərrəmli, 16. Zoobin Partoo, 24. Nahid Mirzəzadə

Komandanın meneceri: Elvin Ələsgərov

 

Baku Fire – U-19 6:0 (3:0)

15 fevral. Bakı İdman Sarayı. Saat 18:15

Hakimlər: Əli Cəbrayılov, Hidayət Feyzullayev, Mahir Məmmədov

Hakim-inspektor: Murad Məmmədov

Qollar: Kənan Manafov, 5:18, 13:24, İaqo Henrique, 11:59, 22:27, Elvin Quliyev, 23:32, Murad Quluzadə, 26:55

Sarı vərəqə: Ümid Qəhrəmanov, 13:11

 

Baku Fire

12. Kamran Hacıyev (q), 4. Elvin Quliyev (k), 3. Oruc Baxəlizadə, 8. Nihad İsmayılov, 9. Murad Quluzadə, 5. İmaməli Hüseynov, 7. Faiq Əliyev, 10. Oktay Rüstəmli, 11. İaqo Henrique, 17. Fərid Ələkbərov, 20. Fərid Abbasov, 22. Kənan Manafov

Baş məşqçi: Teymur Eyvazov

 

U-19

12. Sadiq Əlizadə, 2. Bəyoğlan Vəlizadə, 3. Qüdrət Qasımzadə, 7. İlham Alıyev, 10. Rüfət Məmmədli, 1. Hüseyn Əbdülov (q), 4. Daniil Bekineyev, 5. Rəvan Məşiyev, 6. Oqtay Mahmudzadə, 8. Hüseyn Cəfərzadə, 9. Pünhan Qasımzadə, 11. Orxan Babayev, 13. Ümid Qəhrəmanov, 14. Tural Səfərli

Baş məşqçi: İlqar Aslanov