"Final mərhələsinə yollanmaq üçün əla şansımız var. Hazırda hamı bunu xəyal edir. Baş məşqçimiz bizi Azərbaycan yığması üçün hərtərəfli hazırlamaq istəyir". Sport24.az xəbər verir ki, bu fikirləri Slovakiya millisinin futzalçısı Marko Qudaçek yerli federasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyun barədə danışarkən deyib.

25 yaşlı oyunçu Joze Alesio Da Silvanın rəhbərlik etdiyi millimizin qrupdakı ən ciddi rəqib olduğunu bildirib: "Artıq rəqibi analiz etmişik. İnanıram ki, bizdə hər şey alınacaq. Qələbə istənilən uğurun təməlidir. Koronavirusa yoluxmuş futzalçılarımız vaxtında sağalsa və gənclər adaptasiya mərhələsini tez keçsələr, final mərhələsinə vəsiqə qazana bilərik. Çünki güclü komandayıq".

Qeyd edək ki, yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 18:00-da başlayacaq.