Yeni mövsümdə ilk sınağını UEFA Çempionlar Liqasında verəcək “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, ölkə çempionu Özbəkistan millisinin daha bir üzvü ilə anlaşıb.

Söhbət 34 yaşlı Dilşod Rahmatovdan gedir. Son klubu “Jizzax-kenteks” olan müdafiəçi icarə əsasında Çempionlar Liqasının oyunlarında təmsilçimizə kömək edəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç, özbək Husniddin Nişonov və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.