Portuqaliyalı futbolçu Rafa Silva "Beşiktaş"da qalmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
31 yaşlı hücumçu meneceri ilə danışıb və təklifləri rədd edəcəyini bildirib.
Silva müqaviləsinin sonuna kimi İstanbul klubunda qalmaq niyyətindədir. O, bu mövsüm 45 oyunda 16 qol vurub, 12 məhsuldar ötürmə edib. Rafanın müqaviləsi 2027-ci ilin yayına kimidir.