Nazirlər Kabineti yanında Operativ Qərargah AFFA-nın futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin martda keçiriləcək oyunlarına hazırlaşa bilməsi üçün müraciətini müsbət cavablandırıb.

Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədovun Sport24.az-aa verdiyi məlumata görə, yığmanın məşq etməsi üçün razılıq alınıb. Joze Alesio da Silvanın yetirmələri seçmə mərhələnin III turunda Moldavanı qəbul edəcək. Martın 4-də Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Millimiz 2 oyundan sonra 6 xalla 3-cü qrupun lideridir.