"Neftçi" heyətinə iki futzalçı qatıb. Sport24.az xəbər verir ki, mövsümü mükafatçılar sırasında başa vurmağı hədəfləyən paytaxt təmsilçisi "Araz-Naxçıvan"dan ayrılan Emil Həsənzadə və qapıçı Zamin Qasanovla anlaşıb.

 

Zamin Rusiyanın "Norilski Nikel" komandasından gəlib. Əvəzində 3 oyunçu komandadan kənarlaşdırılıb.

 

Qeyd edib ki, Nüsrət Fərzəli və Sadegh Javiditabar "Şuşa"ya yollanıb. Qapıçı Anar Məmmədov da komandanı tərk edib.