Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları arasında futzal turniri keçiriləcək. Sport24.az xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublika stadionunda turnirin püşkatma mərasimi təşkil olunub.

 

AFFA-nın, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futzal Federasiyasının və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gələn yarışda 17 komanda 4 qrupda mübarizə aparacaq. Qruplarda ilk iki pilləni tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaq.

Turnirə sentyabrın 14-də start veriləcək. İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək oyunlara oktyabrın 6-da yekun vurulacaq.