"Çox təəssüf ki, millimiz İsveçlə bərabərə qaldı". Bu sözləri Sport24.az-a açıqlamasında futzal üzrə yığmanın sabiq üzvü Namiq Məmmədkərimov bildirib.

 

Veteran futzalçı yığmanın AVRO-2026-nın əsas mərhələsində İsveçlə (3:3) matçını şərh edib:

 

"Oyuna gəldikdə isə, rəqib 5 nəfərlə oynamağa üstünlük verdi. Görünür millimiz hazır deyildi və ya bunun üzərində az işləmişdilər. Məncə, bu oyunda iki xal itirdik, rəqibimiz isə qazandı. İsveçlə qarşılaşmanı yaddan çıxartmaq lazımdır. Qarşıdan gələn matça daha ciddi hazırlaşmalıyıq. Xorvatiyaya qarşı bu cür oyunla bizə çətin olacaq. Təkcə sevindirici amil uşaqların hamısının istəkli olması idi. Hamı bir-birinə dəstək olurdu. Yığmamıza növbəti oyunlarda uğurlar arzulayıram".

 


Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü yanvarın 31-də səfərdə Xorvatiyaya qarşı keçirəcək.