Azərbaycan futzal millisinin qapıçısı Rövşən Hüseynli Qazaxıstanın “Atırau” klubu ilə müqaviləni yeniləyib. Sport24.az xəbər verir ki, bu barədə 32 yaşlı qolkiper "Facebook""dakı şəxsi səhifəsində paylaşım edib.
Belə ki, Rövşən daha bir il “Atırau”da çıxış edəcəyini yazıb.
Xatırladaq ki, Hüseynli keçən mövsümün ikinci yarısından “Atırau”da çıxış edir.