Avropa çempionatının final mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan milli komandası bu gün oyunun keçiriləcəyi “Martini Plaza”da növbəti məşqinə çıxıb. Sport24.az xəbər verir ki, çəşqdən əvvəl komanda heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edib.