Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb.

Sport24.az xəbər verir ki, Elçin Səmədli qadınlardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının seçmə mərhələsində B qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Bu qrupda Niderland, Moldova, Bosniya və Herseqovina və Ermənistan milli komandaları mübarizə aparacaq. Oyunlar avqustun 16-dan 19-dək Moldovada təşkil olunacaq.