Yüksək Liqada XV turun oyunları keçirilib. İlk matç "Record club" təyin olunan vaxtda meydana çıxmadığına görə, baş tutmayıb. Bu görüşün nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək. İkinci oyunu "millilərin dueli" kimi də xarakterizə etmək olar. Belə ki, U-19 A millinin bazası hesab edilən lider "Araz-Naxçıvan"la üz-üzə gəlib. Fasiləyə qədər 5 cavabsız qol vuran Vitali Borisovun drujinası üstünlüyünü ikinci hissədə də davam etdirib və yekunda böyükhesablı qələbə qazanıb. Son matçda "Yasamal Bakı" rəqibinə müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib.
Record club – Baku Fire

7 mart. Bakı İdman Sarayı. Saat 14:30

Hakimlər: Hacıəli Ağayev, İmran Məhərrəmov, Vüsal Balaşov

Hakim-inspektor: Azad Hüseynov



U-19 – Araz-Naxçıvan 0:9 (0:5)

7 mart. Bakı İdman Sarayı. Saat 16:30

Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Xəlil Xəlilov

Hakim-inspektor: Mehman Mahmudov

Qollar: Xəzər Ağalızadə, 8:31, Miloş Todoriç, 11:25, 34:56, Lukas Romao, 11:40, Məhəmməd Abbasov, 15:04, Andre Junior, 17:51, 35:26, Emil Həsənzadə, 37:20, 39:15

Sarı vərəqələr: Ümid Qəhrəmanov, 7:26



U-19

1. Hüseyn Əbdülov (q, k), 2. Hüseyn Məmmədli, 3. Elcan Yusifov, 4. Səid Əliyarlı, 5. Rəvan Məşiyev, 12. Sadiq Əlizadə (q), 6. Oqtay Mahmudzadə, 7. İlham Alıyev, 8. Hüseyn Cəfərov, 9. Əli Axundov, 10. Rüfət Məmmədli, 11. Bəyoğlan Vəlizadə, 13. Ümid Qəhrəmanov, 14. Oruc Aslanov

Baş məşqçi: İlqar Aslanov



"Araz-Naxçıvan"

1. Emin Kürdov (q, k), 3. Məhəmməd Abbasov, 9. Emil Həsənzadə, 10. Miloş Todoriç, 14. Xəzər Ağalızadə, 12. Azər Fərmanov (q), 7. Lukas Romao, 8. Andre Junior, 11. Həsənəli Rəhimov, 15. Diaqo Auqusto, 18. Tofiq Hüseynov, 19. Vladislav Reznov (q), 20. Amadeu

Baş məşqçi: Vitali Borisov



Yasamal Bakı – Neftçi İK 4:12 (3:6)

7 mart. Bakı İdman Sarayı. Saat 18:30

Hakimlər: Knyaz Əmiraslanov, Nahid Xasıyev, Hidayət Feyzullayev

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Rüstəm Bağırov, 11:29, 30:44, Şoruş Heydari, 18:49 (ö/q), Murad Ələkbərli, 19:11 // Mirzə Əmirov, 2:06, 8:51, 29:40, 36:54, Reza Abgoun, 9:52, 17:49, 33:25, Fərid Atakişiyev, 12:14, Ülvi Əliyev, 14:58, 38:23, 38:35, Vahib Xocayev, 31:52

Sarı vərəqələr: Fuad Məmmədzadə, 32:02 // Alireza Bayat, 19:10



"Yasamal Bakı"

1. Ayxan Məmmədov (q), 4. Anar İsayev, 7. Əsgər Abasov, 9. Rüstəm Bağırov (k), 99. Tofiq Məlikov, 12. Hüseyn Abtalıbov (q), 8. Mirəhməd Məmmədov, 13. Fuad Məmmədzadə, 14. Təhmiraz Abasov, 17. Murad Ələkbərli



"Neftçi" İK

12. Anar Məmmədov (q), 13. Əjdər Əjdərov (k), 4. Fərid Atakişiyev, 6. Mirzə Əmirov, 8. Ülvi Əliyev, 1. Zaur Sultanov (q), 16. Tərlan İmamverdiyev (q), 3. Şahbaz Həndəmli, 7. Şoruş Heydari, 9. Vahib Xocayev, 10. Reza Abgoun, 20. Alireza Bayat, 22. Amir Şojaei

Baş məşqçi: İlkin Hacıyev