Futzal üzrə Ukrayna milli komandasının baş məşqçisi Aleksandr Kosenko Azərbaycan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Sport24.az xəbər verir ki, o, Bakıda 4:0 hesablı qələbəyə sevindikləri matçdan sonra bunları söyləyib:

“Oyun bizim üçün yaxşı keçdi. Mübarizə apardıq. Matçın bir hissəsini beş oyunçu ilə keçirdik. Bu da taktiki tapşırıq idi. Əlbəttə, bu, bir yoxlama oyunu idi. Bu matça görə Avropa çempionatının final mərhələsi üçün hansısa komandanı şanslı, digərini zəif adlandırmaq olmaz. Hər iki tərəf səhvlərini, zəif tərəflərini müəyyənləşdirməyə çalışdı. Sparrinq-rəqiblərin güclü olması da bu baxımdan faydalıdır. Final mərhələsində hamının şansları var. Ora üçün tapşırıqlar fərqli olacaq. Hər iki oyunda qələbə qazansaq da, komandamın tam hazır olduğunu deyə bilmərəm. Çünki yoxlama oyunlarına yanaşma fərqli, bəzən isə bu görüşlərdə alınan nəticələr aldadıcı olur”.