Futzal üzrə Azərbaycan millisi Niderlandda keçirilən Avropa çempionatında ilk oyununa çıxıb. Sport24.az xəbər verir ki, Joze Alesio da Silvanın baş məşqçi olduğu kollektiv D qrupunda Gürcüstan yığması ilə üz-üzə gəlib.

Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan, İTV vasitəsilə canlı yayımlanan qarşılaşma Azərbaycan yığmasının 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komandanın hər iki qolunu Rafael Vilela vurub.

Bu qrupun digər matçında İspaniya Bosniya və Herseqovina ilə görüşəcək. 

AÇ-2022
D qrupu

22 yanvar

17:30. Gürcüstan – Azərbaycan - 3:2 

Qollar: Elisandro, 09`31`', Arçil Sebiskveradze, 26`54`', Thales 31'30''-pen - Rafael Vilela, 5`14`, 6`26`'

Hakimlər: Sedrik Pelissye (Fransa), Daniel Matkoviç (İsveçrə), Nikola Yeliç (Xorvatiya).
Timekeeper: Vedran Babiç (Xorvatiya).
Qroningen, Martini Plazaş

Gürcüstan: 1. Zviad Kupatadze (q, k), 2. Çaqinya, 10. Roninyo, 16. Tales Feyto, 19. Elisandro, 12. Tornike Bukia (q), 20. Petri Branko, 6. Villian Lorenço, 9. İrakli Todua, 7. Şota Topuriya, 17. Arçil Sebiskveradze, 18. Nikoloz Kurtanidze, 5. Giorgi Qavtadze, 8. Vaxtanq Kekeliya
Baş məşqçi: Avtandil Asatiani
 

Azərbaycan: 1. Emin Kürdov (q), 6. Eduardo Borqes, 2. Felipinyo, 3. Bolinya, 10. Vassura, 8. Rizvan Fərzəliyev (k), 5. Fineo de Arauxo, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 14. Hadi Ahmadi, 9. Rafael Vilela
Baş məşqçi: Joze Alesio da Silva