Futzal üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşib.

Sport24.az xəbər verir ki, finalda “Neftçi İK” və “Baku Fire” komandaları üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma “Baku Fire” komandasının 5:0 hesablı qələbəsi ilə bitib. Qolları Oruc Baxşəlizadə, İaqo Henrique, Tofiq Əliyev (2) və Elvin Quliyev vurub.

Daha əvvəl Azərbaycan Yüksək Liqasında “Araz Naxçıvan” qalib olub.