“Araz-Naxçıvan” futzal klubu 6-cı legioner transferini həyata keçirib. Klubun mətbuat xidmətindən Sport24.az verilən məlumata görə, Lazar Milosavlyeviç Azərbaycan çempionu ilə anlaşıb.

Serbiya millisinin üzvü UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan”ın formasını geyinəcək. 25 yaşlı futzalçının son klubu “Muvo Lill Metropol” (Fransa) olub.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı əcnəbilərdən braziliyalı Erik Dannilo, serbiyalı Ninoslav Aleksiç, özbəkistanlı Husniddin Nişonov, Dilşod Rahmatov və xorvatiyalı Luka Pavloviçi heyətinə qatıb.