"Hazırda Avropada zəif rəqib yoxdu. Əksər ölkələrdə futzala ciddi maraq və yatırım var". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın"ın vitse-prezidenti Mahmud Sadıqov deyib.

 

Saytımıza danışan klub rəsmisi qrupdakı rəqiblərinin güclü olduğunu bildirməklə yanaşı, komandanın qarşısına qoyulan hədəfdən də danışıb: "Qrupumuzda yer alan komandaların hər biri ciddi rəqibdi. Xüsusən də Estoniya təmsilçisini qeyd edərdim. Onlar inkişafdadılar, heyətlərində səviyyəli futzalçılar var. Braziliyalıları xüsusi qeyd etmək lazımdı. Buna baxmayaraq, hər üç komanda gücümüzə görədi. Yaxşı hazırlıq keçib, heyətimizi gücləndirməklə sona kimi mübarizə aparıb mərhələ keçməliyik. Başqa yolumuz yoxdu. Ancaq uğur qazanmalıyıq".

 

Qeyd edək ki, Naxçıvan təmsilçisi 2024/25l mövsümünə İsveçdə start verəcək. Təmsilçimiz ilkin mərhələnin H qrupunda meydan sahibi "Uddevalla", "Sillamae Silla" (Estoniya) və "Sparta Belfast" (Şimali İrlandiya) klubları ilə də üz-üzə gələcək. Oyunlar avqustun 20-dən 25-dək keçiriləcək.

ABDULLA İSMAYILOĞLU