Bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, Türkiyə çempionu “İstanbul Şişli” ilə qarşılaşan təmsilçimiz darmadağına imza atıb.

Hesabı 4-cü dəqiqədə naxçıvanlılar açıb. Katataunun zərbəsi qarşısıalınmaz olub. Ardınca Xətai Bağırov topu “9-luq”a sancıb. Heyətə yeni cəlb olunan serb futzalçı Lazar Milosavljeviç də adını tabloya yazdırmağı bacarıb. Komandalar fasiləyə hesabla yollanıb.

İkinci hissəyə də təmsilçimiz aqressiv başlayıb. Amadeu ardıcıl qollar vurmaqla fərqi 5 topa çatdırıb. İsa Atayevin aşırma zərbəsi isə zalda əyləşənlərin üzünü güldürdü. Bir sözlə, ikinci hissədə məhsuldarlığı artıram “Araz-Naxçıvan” böyükhesablı qələbə qazandı.

Təmsilçimiz növbəti oyununu sabah, Bakı vaxtı ilə saat 15:00-da Almaniya çempionu “Yahn Regensburq”a qarşı keçirəcək.

 

“Araz-Naxçıvan” – “İstanbul Şişli” (Türkiyə) - 9:1 (3:0)

23 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 15:00

Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr)

Timekeeper: Kiazo Leladze (Latviya)

Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna)

UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)

Qollar: Katatau, 3:25, X. Bağırov, 5:53, L. Milosavljeviç, 15:49, Amadeu, 21:35, 22:49, 30:05, İ. Atayev, 27:29, 33:05, Erik Dannilo, 35:52 // Sadettin Çamcı, 39:10

Sarı vərəqə: Recep Demir, 14:27, Sefa Yılmaz, 27:57

 

“Araz-Naxçıvan”: 1. Emin Kürdov (q,k), 7. Romao Lukas, 9. Lazar Milosavljeviç, 15. Erik Dannilo, 20. Amadeu, 12. Luka Pavloviç (q), 3. Tofiq Mikayılov, 6. Aleksiç Ninoslav, 10. İsa Atayev, 11. Xətai Bağırov, 13. Novruz Kazıxanov, 14. Xəzər Ağalızadə, 21. Katatao

Baş məşqçi: Vitali Borisov

“İstanbul Şişli”: Mehmet Aşlamaçı (q), 10. Kamil Can Akparlak, 11. Talha Vardar, 23. Ramazan Bildirici, 83. Yusuf Aygün, 89. Kutsal Anı Ertok (q), 5. Saro Saraf (k), 8. Sadettin Çamcı, 9. Muhammed Altunay, 12. Yunus Erman Hizli, 20. Oğuz Ünal, 21. Sefa Yılmaz, 54. Omer İlçi (q), 55. Recep Demir

Baş məşqçi: Cihan Özdemir