Futzal üzrə Yüksək Liqada 3-cü turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, günün ilk oyununda lider “Araz-Naxçıvan”la ən yaxın izləyicisi “Baku Fire” qarşılaşıblar.

Gərgin keçən ilk yarıda hesab sonuncu dəqiqədə açılıb. Amadeunun zərbəsi qarşısıalınmaz olub. İkinci hissəyə nominal qonaqlar qolla başlayıb. Faiq Əliyev tablodakı rəqəmləri eyniləşdirib. Ancaq lider üstünlüyünü itirməyib və 30-cu dəqiqədə ikinci dəfə hesabı xeyrinə dəyişib. Katatau fərqlənib. Ancaq məğlubiyyətlə barışmaq istəməyən “Baku Fire” 34-cü dəqiqədə status-kvonu bərpa edib. Bu dəfə Tofiq Əliyev fərqlənib. Bu, oyunda vurulan sonuncu qol olub və qarşılaşma heç-heçə başa çatıb.

Günün ikinci oyununda 3 xalı “Neftçi” İK qazanıb. Paytaxt təmsilçisi rəqibindən 2 dəfə çox qol vurmaqla mövsümdə ilk qələsini rəsmiləşdirib.

Turun son dueli daha maraqlı və gərgin keçib. Matça yaxşı başlayan və 3 top fərqi ilə önə keçən U-19 fasiləyə qədər hesabı qoruya bilməyib. İkinci hissədə də ilk qolu milli komandanın üzvləri vurub. Amma “Yasamal Bakı” oyunu əldən verəyib. 7:7 hesabı ilə başa çatan görüşdə xüsusilə də Rüstəm Bağırovun məhsuldar oyununu qeyd etmək yerinə düşər.

Yüksək Liqa
3-cü tur

19 oktyabr

“Araz-Naxçıvan” – “Baku Fire” 2:2
Qollar: Amadeu, 19:07. Katatau, 29:25 - Faiq Əliyev, 24:56. Tofiq Əliyev, 33:15.
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Vüsal Balaşov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 14:00.

“Record” - “Neftçi” İK 3:6
Qollar: Mehdi Amiri, 5:08. Mojtaba Vali, 9:26; 34:17 - Mirzə Əmirov, 2:10; 11:40; 29:19. Vahib Xocayev, 3:43. Reza Abqoun, 6:07. Namiq Məmmədkərimov, 17:52.
Hakimlər: Hikmət Qafarlı, Nahid Xasıyev, Elgün Hüseynov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 16:15.

U-19 – Yasamal Bakı 7:7
Hakimlər: Xəlil Xəlilov, Hidayət Feyzullayev, Anar Fərəcov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 18:15.

Xal: Araz Naxçıvan – 7. Baku Fire – 5. Neftçi İK – 4. Yasamal Bakı – 4. U-19 – 2. Record – 1.