Dünən keçirilən 4 oyunla Azərbaycan kubokunun 1/8 final mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki,  "Araz-Naxçıvan"ın asan qələbə qazanıb. "Dalğa" isə Yüksək Liqa iştirakçısına müqavimət göstərməyə çalışıb. Ən gərgin oyun "Dəstə Ordubad" – U-19 arasında baş tutub. Birinci Liqa komandası 2 dəfə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Matçın gərginliyi vərəqələrin çoxluğuna da sirayət edib. Belə ki, 4 futzalçıya qırmızı vərəqə göstərilib. "Baku Fire-2" də növbəti mərhələyə yüksələnlər sırasında yer alıb.

 

 

Araz-Naxçıvan – Record club 23:0

Baku Fire – Dalğa 6:0

Dəstə Ordubad – U-19  2:4

Xan-Lənkəran – Baku Fire-2 3:9

 

 

Martın 28-də keçiriləcək ¼ final mərhələsində cütlüklər bu şəkildə olacaq.

Baku Fire – U-19

Araz-Naxçıvan – Baku Fire-2

PFL – Bakı

Neftçi İK– Yasamal Bakı

 

 

½ final

Baku Fire – U-19 // Neftçi İK – Yasamal Bakı

Araz-Naxçıvan – Baku Fire-2 // PFL – Bakı