Formula 1 üzrə sabiq dünya çempionu Devid Kulthard “Kral avtoyarışları”nda qadın pilotların mümkün iştirakı məsələsinə toxunub. Sport24.az xəbər verir ki, britaniyalı pilot gələcəkdə bunun mümkün ola biləcəyini söyləyib: “Həmişə qadınların avtoidmanda çıxışına tərəfdar olmuşam və buna dəstək nümayiş etdirmişəm. Hətta qızların kartinq yarışının layihələrində də iştirak etmişəm. Formula 1-də qadınların çıxışına gəlincə, bunun zaman məsələsi olduğunu düşünürəm. Əsas odur ki, kartinqdən çıxan istedadlı qızlara dəstək olmaq lazımdı. Vaxtilə Lüis Hemiltonla Maks Ferstappenə necə dəstək veriblərsə, onlar da belə olmalıdı Yaxın onilllikdə Formula 1-də qadın pilotu görəcəyimizə əminəm”.