Son günlər Formula 1 üzrə 7 qat dünya çempionu Lüis Hemiltonun “Ferrari”yə keçə biləcəyi ilə bağlı xəbərlər geniş müzakirə mövzusuna çevrilib. Sport24.az xəbər verir ki, nə “Mersedes” pilotu, nə də İtaliya komandası bunu təsdiq etmədiyi kimi təkzib də etmir.

Bu da şübhələrə əsas verir. Amma sabiq Formula 1 pilotu Ralf Şumaxer bu keçidin baş tutacağına inanmadığını söyləyib: “Mənə elə gəlir ki, Hemilton “Mersedes”də qalacaq. Hər nə qədər Rassell rəqabətdə onu geridə qoymağa cəhd etsə də, əməkdaşlığa son qoymağa əsas yoxdu. Həm də ki, Toto Volff yeni müqavilənin imzalanmasının artıq formal əhəmiyyət kəsb etdiyini söyləyib. “Ferrari”nin xeyrinə bircə o məqamı qabartmaq olar ki, Hemiltonun komandanın rəhbəri Frederik Vassyörlə əla münasibətləri var. Lüis gənc yaşlarından onun komandalarında iştirak edib. Amma Hemiltonun Volffla da münasibətləri yaxşıdı. Ona görə də bu keçidin baş tutacağına inanmıram”.