“Red Bull”un aerodinamika şöbəsinin rəhbəri Enriko Balbo mövsümün sonunda komandanı tərk edərək “Ferrrari”yə keçəcək. Sport24.az xəbər verir ki, Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Amma onun “Ferrari”də hansı vəzifəni tutacağı məlum deyil.

Xatırladaq ki, hazırda İtaliya komandasında kadr islahatları reallaşır. Artıq mövsümün gedişində skuderiyalıların baş strateqi İnyaki Rueda postunu tərk edib. Bununla yanaşı, “Ferrari”də aerodinamika şöbəsinin rəhbəri David Sançes də “Mersedes”ə keçib. Ötən mövsümün sonu isə komandanın rəhbəri Mattio Binotto istefa vermişdi. Hazırda bu komandaya Frederik Vassör rəhbərlik edir.