Formula 1-də mübarizə aparan “Red Bull”un rəhbəri Kristian Horner Qran-prilərin sayının çoxluğundan şikayətlənib. Sport24.az xəbər verir ki, o, belə vəziyyətin ürəakaçan olmadığını söyləyib: “Hazırda elə mərhələdəyik ki, yarışlar azarkeşləri bezdirir. Bir mövsümə 23 yarış keçirmək həddindən artıq çoxdu. Böyük məsafələri qət etmək komandalar üçün problemə çevrilir. Fikrimcə, Qran-prilər arasında rəqabət mühitini yaratmaq lazımdı. Formula 1 rəhbərliyi isə ancaq yeni üzvlər qəbul edir. Problem ondadır ki, Montsa və Silverstoun kimi qədim trekləri təqvimdən çıxarmaq olmaz. Yenilər isə çox cəlbedici görünür. İstənilən halda, nəsə etmək lazımdı. Çünki, artıq bir həddə çatmışıq. Məncə, ən ideal variant mövsümə 18 Qran-pri təşkil etməkdi”.

Xatırladaq ki, hazırda bir ildə 23 yarış təşkil olunur. Üstəlik təqvimə 6 sprint də əlavə olunub. FİA gələcəkdə Qran-prilərin sayını artırmaq və mövsümə 10 sprint yarışı təşkil etmək istəyir.