''Red Bull''un bu mövsüm ''Formula-1''də aşkar şəkildə hegemonluq etməsi hazırda avto idman dünyasında ən çox müzakirə olunan məqamlardandı. Sport24.az xəbər verir ki, növbəti övsüm baş tutan 7 yarışın hamısı avstriyalıların qələbəsi ilə yekunlaşıb.

Belə ki, 5 dəfə Maks Ferstappen, 2 dəfə Serxio Peres qalib olub. Bəs, görəsən ''Red Bull'' mövsümün bütün yarışlarında qalib gələrək inanılmaz bir rekord müəyyənləşdirə bilərmi? '

"Mersedes''in sahibi Toto Volf bu mövzuya fikir bildirərək bunları deyib: ''Red Bull'' bütün qran-prilərdə qalib gələ bilərmi? Ümid edirəm ki, bu, baş verməyəcək. Çünki bunun ''Formula-1''ə heç bir faydası dəyməyəcək. Hərçənd, ''Red Bull''da olan bolidləri nəzərə alsaq, bu, mümkündü. ''Formula-1'' elə qurulub ki, hər zaman ən güclü olan qalib gəlir. Bir komanda işinin öhdəsindən yaxşı gəlirsə, bunu paxıllıq çəkmədən etiraf etmək lazımdı. Bizim pilotlar kifayət qədər güclüdü. Amma ''Red Bull''un hegemonluğuna son qoymaq üçün bolidimizi də gücləndirməliyik''.