Formula 1 üzrə sabiq dünya çempionu Kimi Raykkonenin oğlu Robin Eys kartinq yarışında ilk uğurunu qazanıb. Sport24.az xəbər verir ki, 8 yaşlı pilot İsveçrədə keçirilən “Rotax Max Challenge” seriyasında fəxri kürsünün üst pilləsinə qalxıb.

Robin bir neçə ay əvvəl də karyerasında ilk dəfə yarışlardan birində mükafatçılar sırasına düşmüşdü.

Xatırladaq ki, Kimi 19 illik Formula 1 karyerasında “Zauber”, “Maklaren”, “Lotus”, “Alfa Romeo” və “Ferrari” kimi komandaların bolidlərini idarə edib. O, 2007-ci ildə “Ferrari” pilotu kimi dünya çempionu olub.