''Mersedes''in pilotu Corc Rassel Barselona Qran-prisinin təsnifat mərhələsində yaşanan insidentə görə cəzalanmayacaq. Sport24.az xəbər verir ki, o, 2-ci seqmentdə komanda yoldaşı Lyuis Hemilton ilə toqquşmuşdu.

Hemiltonun maşınına ziyan dəysə də, o, 4-cü nəticə göstərərək davam edə bilmişdi. Rassel isə 12-ci nəticəni göstərərək mübarizəni dayandırmışdı.

Çoxlarının fikrincə, hadisə məhz Rasselə görə baş verdi. Hakimlər hadisəni araşdırarkən belə qənaətə gəldilər ki, Rassel həqiqətən də anomal şəkildə bolidi sol tərəfə, yəni onu ötməyə çalışan Hemiltonun bolidinin üzərinə sürdü.

Amma rəsmi açıqlamada qeyd olunub ki, ''Mersedes'' Rasselə Hemiltonun yaxınlaşdığını bildirməyibmiş. Ona görə də həm pilota, həm də komandaya sadəcə xəbərdarlıq edilib.